"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Niyazi Bayramov Zabit Səmədovu qəbul edib

--2019-06-11 / 13:36

Gəncə şəhər icra Hakimiyyətinin başçısı Niyazi Bayramov kiqboksinq üzrə peşəkar döyüşçü, K-1 qaydasız döyüş növü üzrə dünya çempionu Zabit Səmədovu qəbul edib. Səmimi söhbət şəraitində keçən görüşdə Azərbaycanda idmanın inkişafı üçün atılan addımlardan söz açılıb, bu istiqamətdə görülə biləcək işlər müzakirə olunub.

Niyazi Bayramov qeyd edib ki, Gəncə 2019-cu il üçün Avropanın idman şəhəri titulunu daşıyır. il ərzində şəhər müxtəlif yerli və beynəlxalq idman tədbirlərinə ev sahibliyi edəcək. O həmçinin bildirib ki, Gəncədə böyük idman sarayının inşası davam etdirilir. idman sarayı və ərtafında salıcanaq idman şəhərciyi bu sahənin inkişafına böyük təkan olacaq.

Zabit Səmədov Gəncədə idman sarayı və şəhərciyinin inşasını təqdirəlayiq hal kimi qiymətləndirib. Avropanın idman şəhəri seçilməsini isə Gəncənin uğuru hesab edib. Peşəkar döyüşçü Gəncədə idmanın daha da inkişaf etdirilməsi üçün atıla biləcək addımlardan danışıb. Söhbət bu mövzu ətrafında aparılan müzakirələrlə davam edib.

Gəncə şiH

ŞƏRHLƏR