"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Niyə məhz Binəqədi rayonu?

--2017-07-22 / 16:26

Bəzən dostlar sual edirlər ki, Belediyye.info niyə bu qədər Binəqədi rayonunda formalaşan bələdiyyələrə, o cümlədən Binəqədi RiH-in fəaliyyətinə geniş yer ayırır.

Bu suala cavab verməzdən əvvəl  onu deyim ki,  dost dosta ərk etməlidir. Dostun ərk etməsi üçün arada səmimiyyət olmalıdır. Mən bu gün  Binəqədi bələdiyyələrində bu səmimiyyəti görürəm.

Bu günlərdə Milli Mətbuat Günü münasibətiylə keçirilən  tədbir bunu bir daha təsdiq etdi. Binəqədi RiH-in təşəbbüsü ilə  belə həssas məqamda, bu qədər insanı və media təsmilçilərini  bir araya gətirmək  hər oğulun   işi deyildir. Bunu  ancaq  Binəqədi rayonu  edə bilərdi. Və etdi də.

Açıq etiraf edim ki, nə Binəqədi RiH-ə, nə də mənim diqqətimdə olan bələdiyyələrə su yolu salmamışam. Açığı icra hakmiyyətində  kimin harada əyləşməsindən də  xəbərim yoxdu.  Amma bilirəm ki,  ərk edib hər zaman zəng edib, çox sərbəst şəkildə istənilən şəxslə, o cümlədən rayonun siyasi rəhbəriylə  görüşə bilərəm.

Bu gün mənim daim diqqətimdə olan bələdiyyələrin qapısnı ərklə açıram, ərk edib zəng edirəm.  Zəngimə dərhal cavab verilir. Ona görə ki, Vüqar Tofiqli hər hansı təmənnaya görə zəng etmir. Məhz bələdiyyənin fəaliyyətinə təkan verə biləcək təklif və tövsiyə vermək üçün zəng edir.  Bələdiyyə sədrləri bu fikirimi  təsdiq edə bilərlər.

Binəqədi bələdiyyələrinin fəaliyyətini iki dövrə bölmək olar. 2000 -2014 və 2014-dən sonrakı illər . Binəqədi bələdiyyələrinin son üç  ildəki fəaliyyəti ilk  14 ildəki fəaliyyətdən qat-qat çoxdur desəm yanılmaram. Demək olar ki, hər gün bir layihə icra olunur.

Bu gün Azərbaycan Qəsəbə  Bələdiyyələrinin Milli Assosiasiyasının sədrinin M.ə.Rəsulzadə bələdiyyəsinin sədrinin seçilməsi, Azərbaycan şəhər  Bələdiyyələrinin Milli Assosiasiyasının sədr müavininin  Binəqədi bələdiyyəsinin sədrinin  seçilməsi fikrimcə Binəqədi  rayonun siyasi rəhbərinə və ümumilikdə rayona göstərilən etimaddır və fəaliyyətə verilən qiymətdir.  

Bəzən özümə sual verirəm Ağdam da doğulmusan,  hazırda  Nəsimi rayonunda  yaşayırsan, təsis etdiyin interenet resursda niyə bu qədər Binəqədini təbliğ edirsən?

  1. Binəqədi  rayonu daim yeniliyə can atır, yerində saymır. Çox ekstravaqant layihələrə imza atıb. Misal olaraq bir məqamı deyim ki, məişət tullantılarının ətrafı gül çiçəklik  salınıb. ətrafa yüksək zövqlə dizayn verilirb.  Bu addımla  həmdə vətəndaşın üzərinə məsuliyyət qoyulur. Belə ki,  mənzərəni görən sakin inanmıram ki, yerə zibil ata. 
  2. Binəqədi rayonu ərazisində  hərəkət etdikcə gündəlik olaraq dəyişikliyi  hiss edə bilərsən. Bütün strukturlar daim hərəkətdədir. Məqsəd isə vətəndaş məmnunluğunu təmin etməkdir.
  3. işdə intizam və məsuliyyət hissi, vətəndaşı dinləmək mədəniyyəti rayon məmurlarının, o cümlədən bələdiyyələrin daim diqqətindədir.
  4. ən nəhayət  16 46 xidmətinin təşkili deyərdim ki, Binəqədi RiH-in həyata keçirdiyi ən diqqətiçəkən layihələrdəndir. 

 Beləliklə, biz məhz bu səbəblərdən Binəqədi RiH-ə  və rayon bələdiyyələrinə fəaliyyətimizdə geniş yer veririk.

Düşünürəm ki, əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edəcək, Binəqədi RiH və rayon bələdiyyələri bundan sonra da bir çox ilklərə imza atacaqdır.

HəMKARLARIMI iSə BiR DAHA MiLLi MəTBUAT GÜNÜ MÜNASiBəTiYLə  TəBRiK EDiRəM.

Hörmətlə Vüqar Tofiqli

ŞƏRHLƏR