Qəbələ rayonunda formalaşan 18 bələdiyyə 2017-ci il ərzində 340.800 manat maliyyə vəsaiti toplaya bilib. Bu ötən ildəki rəqəmdən cəmi 9.8 faiz artıq deməkdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, büdcə gəlirlərində torpaq vergisinin həcmi 32.4 faiz, əmlak vergisinin həcmi 8.5 faiz, mədən vergisindən daxil olan ödənişin həcmi 0.4 faiz olub.
il ərzində 18 bələdiyyəyə ayrılan dotasiyanın həcmi isə 62.500 manat təşkil edib.
Bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən daxil olan vəsaitin həcmi 83.500 (yəni 24.5.%), icarəyə verilməsindən isə 35.900 manat (11.4%) maliyyə vəsaiti daxil olub.
Maraqlı məqam ondadır ki, 18 Qəbələ bələdiyyəsi ay ərzində dotasiyasız ay ərzində cəmi 1188 manat vəsait əldə edə biliblər. Bu ümumi respublika göstəricisindən yəni 1583 manatdan 397 manat aşağıdır.
Ümumi büdcə gəlirlərinin 2.6 faizini mehmanxana rüsumu təşkil edib.
əlavə edək ki, hazırda Qəbələ rayonunda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 2500 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 2016-cı ildə Qəbələ rayonuna gələn turistlərin sayı 99 min 700 nəfər olub ki, bunun da 32 min 600 nəfəri xarici turistlərdi. Qeyd edək ki, 2017-ci ildə bu rəqəm 30 faizədək artıb.
Belə olan halda, 2017-ci ildə Qəbələ bələdiyyələrinin büdcəsinə mehmanxana ödənişlərindən 8.700 manat vəsait daxil olması təəssüf doğurur. Bələdiyyələrin hesabatından belə çıxır ki, il ərzində Qəbələyə 8.500 nəfər turust gəlib.
Ancaq faktiki olaraq bu rəqəmin ən azı 100 min manata yaxın olması görünür.
Belə çıxır ki, Qəbələ rayonunda fəaliyyət göstərən turizm obyektləri mehmanxana rüsumunu ödəməkdə maraqlı deyillər.
Belediyye.info