"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nizami bələdiyyəsi ağacəkmə aksiyasında yaxından iştirak edib

--2018-11-22 / 18:55

Nizami rayonunun R.Rüstəmov və E.Suleymanov küçələrində keçirilən növbəti ağacəkmə aksiyasında Nizami bələdiyyəsinin kollektividə yaxından iştirak edib.

Bu barədə məlumat Nizami bələdiyyəsindən daxil olub.

 Məlumatda bildirilir ki, Nizami rayonunda abadlıq və yaşıllaşdırma işləri uğurla davam etdirilir. Nizami rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə rayonun R.Rüstəmov və E.Suleymanov küçələrində keçirilib.

Nizami bələdiyyəsinin üzvlərinin və bələdiyyə qulluqçularının yaxından iştirakıyla keçirilən aksiyada əvvəlcə ərazidə müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüş, mövcud olan yaşıllığa qulluq edilmiş və sonra 200-dən küknar ğacı əkilib.

 Rayonda ağacəkmə aksiyasının davam etdiriləcəyi bildirilir.

Belediyye.info

ŞƏRHLƏR