Nizami bələdiyyəsindən Belediyye.info saytına daxil olan məlumata görə, bələdiyyə ərazisində yaşayan yaşlı və xəstə əmlak sahibləri tərəfindən yerli vergiləri mənzillərini tərk etmədən post-terminal vasitəsiylə ödənişi mümkün olacaqdır.
Belə ki, bələdiyyənın “ATABANK”dan müqavilə yolu ilə aldığı post-terminal vasitəsiylə hər bir rayon sakini əməkhaqqı, təqaüd və digər kartlar vasitəsiylə əmlak və torpaq vergisini nəğdsiz ödəyə biləcəklər. Bankdan götürülən yeddi ədəd daşınan post-terminal vergi müfəttişlərinə təqdim edilib. Bildirişləri paylayan zaman belə bir vasitəylə ödəniş etməyin mümkünlüyü sakinlərə izah edilir və zərurət yarandığı hallarda proses yerindəcə həyata keçirilir.
Artıq bu yeniliyi tətbiq edən Nizami bələdiyyəsi post-terminal vasitəsiylə ay ərzində beş min manata yaxın vəsait toplaya bilir.
Belediyye.info