"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nizami bələdiyyəsi Gəncədə körpələr evini ziyarət edib

--2016-10-17 / 11:22

Gəncə şəhəri Nizami bələdiyyəsi şəhər körpələr evinin azyaşlı sakinlərini ziyarət edib. Bu barədə məlumat Nizami  bələdiyyəsi yayıb.

Məlumatda bildirilir ki, bələdiyyə sədri Qoşqar  Məmmədovun təşəbbüsü ilə bələdiyyə qulluqçuları Gəncə şəhər körpələr evinin azyaşlı sakinlərini ziyarət ediblər.

 Ziyarət zamanı körpələrin şəraiti ilə tanış olunmuş, onlara diqqət və qayğı göstərilmiş, həmçinin dəyərli uşaq geyimləri və oyuncaqlar hədiyyə edilmişdir.

Məlumatın sonunda bildirlir ki,  Nizami bələdiyyəsi belə təşəbbüsləri bundan sonra da təşkil etməyi nəzərdə tutur.

Belediyye.info

 

ŞƏRHLƏR