"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nizami bələdiyyəsi hansı layihələri icra edib?

--2016-11-17 / 05:51

Bakının Nizami bələdiyyəsinin sədri Vüqar Quliyevin Belediyye.infoya verdiyi məlumata görə, 2016-cı ilin oktyabrın 31 dən noyabrın 6 dək “Yerli Demokratiya Həftəsi” çərçivəsində  bir sıra layihələr həyata keçirib.

Sədrin sözlərinə görə, 2016-cı ilin multikulturalizm ili adlandırıldığını sakinlərin nəzərinə çatdıraraq bütün millətlərin Azərbaycanda sülh və əminamanlıq şəraitində yaşaması, ölkə rəhbərinin apardığı daxili və xarici siyasətin nəticəsi olduğu sakinlərin nəzərinə çatdırılıb.

“Yerli Demokratiya Həftəsi” çərçivəsi “Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirmək”, “Yerli Demokratiya həftəsində fəal iştirak edək”, “Yerli özünüidarəetməmədə vətəndaşların iştirakını təmi edək” şuarını əlində əsas tutaraq bir sıra tədbirlər keçirilib.

Sakinlərin bələdiyyə ilə sıx əlaqəsini yaratmaq məqsədilə bələdiyyədə  370-59-72 nömrəli “Qaynar xətt” yaradılıb. Bundan əlavə bələdiyyənin həyətində xüsusi ayrılmış yerdə ərizə və təkliflər qutusu asılıb. Daxil olmuş ərizə və təkliflər xüsusi komissiyalarda baxılmış, icrası üçün müvafiq tapşırıqlar verilib.

Demokratiya həftəsi çərçivəsində, eləcə də 2016-cı ilin 9 ayında görülən işlər barədə sakinlərə ətraflı məlumat verildi.

Belediyye.info

ŞƏRHLƏR