"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nizami bələdiyyəsi qazi və şəhid ailələrinə ərzaq bağlaması hədiyyə edib

--2023-03-18 / 13:25

Belediyye.info xəbər verir ki, Nizami bələdiyyəsinin kollektivi Novruz bayramı ərəfəsində qazi və şəhid ailələrinə ərzaq bağlaması hədiyyə edilib. Bu barədə məlumatı Nizami bələdiyyəsinin sədri Vuqar Quliyev bildirib.

Sədrin sözlərinə görə, bələdiyyə iclasının qərarıyla rayon ərazisində yaşayan 59 qazi və şəhid ailəsinin hər birinə ərzaq  bağlaması təqdim edilmişdir.

Hər bir qazi ilə görüşdə Nizami bələdiyyənin fəaliyyəti haqqında, həyata keçirdikləri layihələr barəsində məlumatlar verilmiş, habelə qaziləri maraqlandıran suallar cavablandırılmış, onların  sosial-məişət qayğıları ilə maraqlanmışlar. 

Belediyye.info

ŞƏRHLƏR