Bakı şəhər Nizami Bələdiyyəsi paytaxtın sayılan seçilən bələdiyyələrindən hesab olunur. Xatırladaq ki, yerliöznüidarəetmə sisteminə yaradılan şəraiti düzgün qiymətləndirərək ərazidə yaşayan əhalinin sosial rifah halının yaxşılaşdırılması, dövlət tərəfindən nəzərdə tutulan layihələrindən kənar işlərin görülməsi, az təminatlı əhali qruplarının sosial vəziyyətinin yaxşılaşdırılması, məhəllə və məhəllədaxili yollarda abadlıq işlərinin aparılması və məişət tullantılarının ərazidən təmizlənməsi Nizami bələdiyyəsinin gündəlik fəaliyyət istiqamətlərindəndir.
Bu günlərdə altıaylıq hesabatla seçicilərinin qarşısına çıxan bələdiyyənin fəaliyyətiylə maraqlanıb “Bələdiyyə həyatı” qəzeti üçün maraqlı faktları əldə etdik.
Bələdiyyə sədri Vüqar Quliyevin seçicilərinin qarşısındakı çıxışında maraqlı məqamlara toxunub. Bəzi məqamları oxucularımızn diqqətinə çatdırırıq:
- əhali bələdiyyənin səlahiyyətində olan məsələlərlə bağlı müraciət etdikdə heç bir ərizə və müraciət diqqətdən kənarda qalmır. Bütün imkanlar əhalinin qayğılarını aradan qaldırmasına yönəldilir. əhali və müxtəlif təşkilatlar tərəfindən daxil olan ərizə və məktublara müvafiq müddət ərzində cavab verilir.
- Maliyyə imkanları çərçivəsində rayonun yerli sosial məsələlərinin həllində, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsində, sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaşayış binalarının həyətlərində abadlıq və quruculuq işlərinin aparılmasında, gənclərin vətənpərvərlik ruhunda böyüməsində və idmana marağının artırılmasında fəal iştirak edilir.
- Maraqlı məqamlardan biri də Nizami Bələdiyyəsi tərəfindən daxili maliyyə vəsaiti hesabına ilk yarımillik müddətdə rayon ərazisində yaşayış binalarının girişlərinə 32 ədəd 2 taylı kodlaşdırılmış dəmir qapıların, həyətlərdə 138 ədəd oturacaqların və 1 söhbətkeşın quraşdırlmasının həyata keçirilməsidir.
- Bakı şəhəri Nizami rayonu Q.Qarayev p-ti 126 saylı binanın qarşısında bələdiyyəyə məxsus “Bələdiyyə uşaq futbol” məktəbi 3 yaş qrupu üzrə ilk yarımillik müddətində məşqlər keçirilir.
- Humanitar məsələlərin həllini bələdiyyə daimdiqqət mərkəzində saxlayır. Belə ki, Nizami Bələdiyyəsinin istifadəsində olan Q.Qarayev prospekti 66 saylı ünvanda yerləşən xeyir-şər evində gündə bir dəfə Nizami rayon ərazisində yaşayan 103 nəfər tənha, kimsəsiz və həddindən çox ehtiyacı olan insanlar isti yeməklə təmin edilirlər.
- Nizami Bələdiyyəsi cəmiyyətimizə intelektual gənclərin yetişməsində səylə çalışır. Bələdiyyənin nəzdində olan “ Uşaq-şahmat məktəbi”ndə 6-9 yaş qrupu arasında 14 nəfər məktəbli şahmatın sirlərini öyrənirlər. Həmin “şahmat məktəbi”nin 2 nəfər yetirməsiilk altı ay ərzində Respublika birinciliyində iştirak edərək mükafata layiq görülublər.
- Nizami Bələdiyyəsinin mini-futbol meydançasında Ulu öndər Heydər əliyevin əziz xatirəsinə həsr olunan Nizami rayon məktəbliləri arasında mini- futbol üzrə rayon turniri bələdiyyənin yaddaqalan tədbirlərindəndir.
- Azərbaycan xalqının milli bayramı olan 28 May Respublika Günü münasibətilə Nizami Bələdiyyəsinin mini-futbol meydançasında Nizami Bələdiyyəsi ilə Keşlə Bələdiyyəsinın kamandaları arasında futbol üzrə yoldaşlıq görüşü keçirilmişdir.
- 26 aprel “Çernobıl” qəzasının anım günü ilə əlaqədar olaraq Azərbaycan Respublikası “Çernobıl əlilləri” ittifaqının Nizami rayon şöbəsindən daxil olan müraciətə əsasən 50 nəfər ağır vəziyyətdə olan “Çernobıl” əlillərinə ərzaq payı verilib.
- Nizami Bələdiyyəsinə Nizami rayon Müharibə, əmək, Silahlı Qüvvələr və Hüquq mühafizə orqanları veteranları şurasının, Azərbaycan Respublikası Qızıl Aypara cəmiyyətinin Nizami rayon bölməsindən, Bakı şəhər Ağsaqqallar şürasının rayon təşkilatından daxil olmuş məktubları eləcədə Nizami bələdiyyəsinə aztəminatlı ailələrdən daxil olan ərizə və müraciətlərə əsasən Yeni il Bayramı münasibətilə 75 nəfər, Novruz Bayramı ilə əlaqədar 100 nəfər, Nizami rayonunda yaşayan 20 nəfər Böyük Vətən Müharibəsi iştirakçılarının ailələrinə maddi yardım edilmişdir və Ramazan bayramı münasibəti ilə 50 nəfərin bayram sovqatı ilə təmin edilməsi həyata keçirilmişdir.
- Bakı şəhərində ekoloji tarazlığın qorunub saxlanması və genişləndirilməsi məqsədi ilə respublikamızda həyata keçirilən “ağacəkmə” kompaniyasında Nizami Bələdiyyəsi Rayon icra Hakimiyyəti və Yeni Azarbaycan Partiyasının Nizami rayon təşkilatının birgə keçirdiyi bütün tədbirlərdə yaxından iştirak edərək rayon ərazisində təmizlik işləri aparılaraq 2500 ədəd yeni ağaclar əkilmişdir.
"Bələdiyyə həyatı" qəzeti