Gəncə şəhər Nizami rayon bələdiyyəsi 15.07.2020-ci il tarixində 10-cu video konfrans formatında onlayn iclas keçirib.
ilk öncə Nizami rayon bələdiyyəsinin sədri Qoşqar Məmmədov 11 nəfər bələdiyyə üzvü ilə birlikdə 2020-ci il iyulun 12-dən başlayaraq işğalçı Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində şəhid olan zabit və əsgərlərimizin xatirəsini bir dəqiqəlik yad edərək onların ailələrinə baş sağlığı diləyiblər. Hər zaman Ali Baş Komandan cənab Prezident ilham əliyevin, birinci Vitse Prezident Mehriban xanım əliyevanın və Azərbaycan Ordusunun yanında olduqlarını və onları dəstəklədiklərini bildiriblər.
Daha sonra iclasın gündəliyində olan 11 məsələ müzakirə edilib.
Gündəlik təsdiq edildikdən sonra Qoşqar Məmmədov çıxış edərək məsələlərdən biri, bələdiyyə ərazisində yerləşən bələdiyyə mülkiyyətinə aid olan 11 nəfərin istifadəsində olan torpaq sahələrinin sənədləşdirilməsi haqqında məlumat verib.
iclasda məsələlər səsə qoyulub ve yetkilliklə qəbul edilib.
Keçirilən onlayn iclasda 19 bələdiyyə üzvünün 11 aktiv şəklidə iştirak edib.
Gəncə şəhər Nizami rayon bələdiyyəsi