Nizami bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının 1 qrup tələbələri 1-5 aprel tarixlərində Nizami bələdiyyəsində təcrübə praktikasında olublar.
Təcrübə günlərində tələbələr bələdiyyənin inzibati binasında yerləşən bütün şöbələrin iş prinsipi ilə yaxından tanış olmaqla yanaşı, onları maraqlandıran sualllar bələdiyyə qulluqçuları tərəfindən izahlı şəkildə cavablandırlıb.
Sonda tələbələr Nizami bələdiyyəsinin sədri Vüqar Quliyevlə görüşüblər. Görüşdə bələdiyyə sədri ölkəmizdə formalaşan bələdiyyə sisteminin tarixindən danışaraq, bələdiyyənin büdcə gəlirlərinin formalaşmasında əhalinin də əsas rol oynadığını qeyd edib.
Sədr tələbələrə hər bir vətəndaşın vergiləri vaxtında verməli olduğunu və bu işdə maarıfləndirmə işlərinə geniş yer verildlyini bildirib.
Görüşün sonunda xatirə şəkli çəkilib.
Belediyye.info
|
|
|
|
|
|
|
|