“90 nəfər tənha və əlil, sosial müdafiəsinə ehtiyac duyulan insanlar Nizami Bələdiyyəsinin nəzdindəki mərasim evində gündə bir dəfə isti yeməklə təmin edilirlər”- bu fikirləri Belediyye.info saytına Bakı şəhəri Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev bildirib.
Sədrin sözlərinə görə, sosial müdafiəsinə çox ehtiyac duyulan insanlar mərasim evində gündə bir dəfə isti yeməklə təmin edilirlər: “Yaşayış binaları ilə əhatəli bu məkan artıq 5 ildir ki, ahıl insanların öz dilləri ilə desək, “ruzi-bərəkət qapısı”na çevrilib. “Xeyir-şər evi”nin açıq qapısından sakit, gülərüzlü qocaların yemək yediyinə şahid olmağın özü də bir xoşbəxtlikdir. 5 ildir ki, hər gün qeydiyyatdan keçmiş yaşlı insanlar buraya gəlir. Bu siyahıya yalnız Nizami rayonu ərazisində olan yaşlılar daxildir.
şənbə, bazar günləri işləmirik. indi bəzi yaşlılarımız var ki, buraya gələ bilmirlər. Onların da yeməklərini evlərinə aparırıq. Saat 14-dən 15 radələrinədək hər kəs gəlib yeməyini yeyib, gedir.”
Belediyye.info