sorğu
Nizami bələdiyyəsinin sədri Vüqar Quliyevin Belediyye.infoya verdiyi məlumata görə, bu gün rayonun Nizami və Keşlə bələdiyyələrinin futbol üzrə komandaları arasında yoldaşlıq görüşü keçirilib.
Ulu Öndər Heydər əliyevin doğum gününə həsr olunmuş yoldaşlıq görüşü Nizami Bələdiyyəsinin mülkiyyətində olan Qara Qarayev prospekti 126 ünvanında yerləşən Mini- Futbol meydançasında təşkil edilib.
Maraqlı və gərgin idman mübarizəsində keçən görüş 8-3 hesabıyla Nizami Bələdiyyəsinin qalibiyyəti ilə başa çatib.
Qeyd edək ki, Nizami bələdiyyəsinin futbol komandası əsasən gənc bələdiyyə qulluqçularından təşkil edilib və bu günədək bir sıra mötəbər turnirlərdə iştirak edib.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|