"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nizami Rayon Bələdiyyəsi Gəncə şəhər icra Hakimiyyətinin təşəbbüsünə qoşulub

--2020-04-20 / 10:05

Nizami Rayon Bələdiyyəsi Gəncə şəhər icra Hakimiyyətinin təşəbbüsünə qoşulub. Belə ki, Pasxa bayramı müansibətilə Gəncə və Qərb Regionu Üzrə Rus icmasının aztəmantlı üzvlərinə ərzaq yardımı edilib. Nizami Rayon Bələdiyyəsinin üzvləri büdcə gəlirləri aşağı olan ailələrə və yaşı 65-dən yuxarı tənha ahıl icma üzvlərinin evlərinə baş çəkib, onlara ərzaq bağlamaları təqdim edib, profilaktik söhbətlər aparıblar.

 Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq həyata keçirilir.  

Bununla əlaqədar olaraq Gəncə şəhər Nizami Rayon Bələdiyyəsindən Ganjanews.az saytına bildirilib: 

 "Yeni növ koronavirusun (COVID-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlər məhz vətəndaşların rifahı və mənafeyi üçün olduğunu bir daha təsdiq edir.  Dövlət başçısının  "Biz birlikdə güclüyük” çağırışı hər birimiz üçün örnəkdir.  Cənab ilham əliyevin bu sahədə apardığı tədbirlərə dəstək məqsədi ilə Respublikamızın hər yerində xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində bir çox aztəminatlı ailəyə, o cümlədən yaşı 65-dən yuxarı olan tənha ahıl şəxslərə yardımlar edilir. Biz də Gəncə şəhər Nizami Rayon Bələdiyyəsi olaraq, Gəncə şəhər icra Hakimiyyətinin təşəbüsünə qoşulduq". 

Qeyd edək ki, yardımlar bundan sonra da davam etdiriləcək.

Gəncə şəhəri Nizami bələdiyyəsi

ŞƏRHLƏR