“Bizim əsas fikrimiz vergiləri vaxtında toplamaqla sakinlərimizin qarşılaşdığı problemləri həll etməkdir”-bu fikirləri Belediyye.infoya açıqlamasında Qəbələ rayon Nohurqışlaq bələdiyyəsinin sədri Nizami ibrahimov bildirib.
Yerli orqanın doqquz bələdiyyə üzvü və iki bələdiyyə qulluqçusu olduğunu dilə gətirən Nizami ibrahimov artıq üçüncü dəfədir ki, bələdiyyə sədri seçildiyini bildirdi.
Bələdiyyə ərazisinidə 650 təsərrüfatın olduğunu qeyd edən sədrin sözlərinə görə, onların sənədləşdirilməsi ilə bağlı əhalinin həm maarifləndirildiyini, həm də istiqamət verildiyini qeyd etdi.
Çalışırq ki mənzil və torpaqlara sənədləşdirməklə sakinlərimiz bələdiyyə vergilərini də vaxtında versinlər.
Yerli büdcəni ötən həftə təsdiq etdiklərini bildirən sədr, büdcədə artımın hələ ki nəzərdə tutulmadığını bildirdi.
Hazırda bələdiyyənin inzibati ərazisindəki 650 təsərüfatda 3200 nəfər kənd sakini yaşayır.
Belediyye.info