"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı Osloda keçirilən Bələdiyyə Günündə iştirak edib

--2015-05-16 / 19:05

 

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) Oslo şəhərinin Saqene bələdiyyəsində keçirilən Bələdiyyə Günü tədbirində iştirak edib. Hər il minlərlə ziyarətçinin iştirak etdiyi tədbir Oslonun mərkəzi rayonlarından biri hesab olunan Saqene bələdiyyəsinin ən fəal siyasi, ictimai, mədəni təşkilatları ilə görüşmək, əlaqələr qurmaq baxımından çox böyük əhəmiyyətə malikdir. Bələdiyyə Günündə Norveçin Saqenedə fəaliyyət göstərən bütün siyasi partiyalarının nümayəndələrinə, bu ilin sentyabr ayında keçiriləcək bələdiyyə seçkilərində namizədliklərini irəli sürmüş siyasətçilərə və rayon administrasiyasının təmsilçilərinə Azərbaycan həqiqətləri barədə məlumat verilib.

Bələdiyyə Günündə informasiya baxımından digərlərindən fərqlənən NAYO-nun stendində Azərbaycan həqiqətlərini əks etdirən kitablar, jurnallar, həmçinin suvenirlər, xalçalar nümayiş etdirilib.

Tədbir çərçivəsində Fikrət əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqqasəsi Könül Qocayevanın milli geyimdə Azərbaycan rəqsini ifa etməsi ziyarətçilərin böyük marağına səbəb olub.

NAYO-nun tədbirdə iştirakı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəklədiyi “Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan həqiqətlərinin Skandinaviya ölkələrinə çatdırılması və təbliği” layihəsi çərçivəsində baş tutub.

ŞƏRHLƏR