"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Növbəti iş ili üçün məzuniyyət qrafiki hansı formada hazırlanmalıdır? -- SORUşUN CAVAB VERəK

--2018-12-21 / 00:14

Növbəti iş ili üçün məzuniyyət qrafikinin hazırlanması ilə bağlı redaksiyaya daxil olan sualı Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının hüquq müfəttişi Məhəmməd Kərimov cavablandırır.

 -  Mülkiyyət formasından, təsərrüfatçılıq və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq, bütün idarələrdə, müəssisələrdə, təşkilatlarda işəgötürənlərlə əmək münasibətlərində olan işçilər vəzifəsindən, iş rejimindən, əmək şəraitindən asılı olmayaraq, qanunla müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının əmək Məcəlləsinin 133-cü maddəsinin 1-ci bəndində təsbit edilmişdir ki, istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər.əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir.Aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər:

-  14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara;

-16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma;

- hərbi qulluqçunun arvadına (ərinə);

- əlillərə;

-müharibə veteranlarına;

- Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslərə;

- yaşı on səkkizdən aşağı olan işçilərə;

- işləməklə yanaşı təhsil alan şəxslərə;

- əmək Məcəlləsinin 120-ci maddəsində göstərilən Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə.

Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir.

əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.

ŞƏRHLƏR