"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Novi Qrad Bələdiyyəsinin nümayəndə heyəti Bakıdadır

--2018-07-30 / 14:37

29 iyul-02 avqust 2018-ci il tarixlərində Türk Dünyası Bələdiyyələr Birliyinin və Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının xətti ilə Bosniya və Herseqovinadan olan nümayəndə heyətinin ölkəmizə səfəri baş tutub.Bu barədə Belediyye.infoya məlumat Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasından daxil olub.

Nümayəndə heyətinə Bosniya və Herseqovinanın Novi Qrad Sarayeva Bələdiyyəsinin sədri Semir Efendic, Olovo Bələdiyyəsinin sədri Demal Memagic və bir qrup iş adamı daxildir.

Səfər çərçivəsində qonaqlar Fəxri xiyabana gələrək Ümummilli lider Heydər əliyevin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra şəhidlər xiyabanına gələn qonaqlar şəhid məzarları və “əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar. Nümayəndə heyəti Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Sonra Bosniya və Hersoqovinadan olan nümayəndə heyəti Heydər əliyev Mərkəzində olub. Qonaqlara Heydər əliyev Mərkəzi haqda məlumat verilib.

Nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Nərimanov Rayon icra Hakimiyyətində görüş keçirilib.

Görüşdə Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev qonaqları salamlayaraq, onların ölkəmizə səfərindən məmnunluq duyduğunu ifadə etmiş və Nərimanov rayonu haqqında ətraflı məlumat verib.

Görüşdə Nərimanov rayon icra Başçısının birinci müavini şahmar ibadov çıxış edərək ölkələr arasında mövcud olan münasibətlərin daha da gücləndirilməsi, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsindən bəhs edib.

Eyni zamanda Bosniya və Herseqovinanın Novi Qrad şəəhərində Heydər əliyev Fondunun vitse-prezidenti Leyla xanım əliyevanın iştirakı ilə Xocalı abidəsinin və Xocalı parkının açılışı və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Belediyye.info

 

ŞƏRHLƏR