sorğu
Qarşıdan gələn Novruz bayramı münasibəti ilə Mingəçevir bələdiyyəsi sakinlərlə bayramlaşma tədbiri keçirib. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsi yayıb. Tədbirdə Mingəçevir bələdiyyəsinin sədri Coşqun Abdullayev çıxış edərək şəhər sakinlərini təbrik edib və uğurlar diləyib.
Tədbirin sonunda 500 imkansız ailəyə bələdiyyənin vəsaiti hesabına alınmış bir ton quş əti paylandı.
Bayram sovqatı alan sakinlərdən Məmmədov Yaşar, Axundova Kəmalə, Abdullayev əlihüseyn və Alıyev Qabil ərzaq yardımı üçün bələdiyyəyə minnətdarlıqlarını bildiriblər.
Belediyye.info
|
|
|
|