Milli Mənafe Təşkilatının təsis qurultayı keçirilib. Qurultay Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü, azadlığı və milli dəyərləri uğrunda canından keçən şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilib.
Təsisçilərdən olan Bakı Dövlət Universiteti Beynəlxalq Münasibətlər və Diplomatiya ixtasının 1-ci kurs magistrantı, gənc fəal Nurel Kərim təşkilatın məqsəd və məramlarını yığıncaq iştiakçılarının diqqətinə çatdırıb.
Daha sonra idarə heyətinə namizədlər irəli sürülüb. Nurel Kərim, Manaf Talıbov, Zabit Cəlilov, Röya Quliyeva, David ibadov səs çoxluğu ilə təşkilatın idarə heyətinə seçilib.
Daha sonra idarə Heyətinin səsverməsi nəticəsində Nurel Kərim yekdilliklə təşkilatın sədri, Manaf Talıbov sədr müavini seçilib.
Belediyye.info
|
|
|