"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Oğuz bələdiyyəsinin büdcə gəlirləri azalıb

--2017-09-26 / 19:31

Oğuz bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, bələdiyyə qulluqçuları daim sakinlər arasında maarifləndirmə  işlərini həyata keçirirlər. əsas məqsəd vergi ödəyicilərini vaxtında yerli vergiləri ödəmıəsinə nail olmaqdır.

şəhərdə bələdiyyə ərazisində quraşdırılan reklamlardan cari ildə 850 manat vəsait daxil olub. Bu istiqamətdən ilin sonunadək daha 500 manatadək maliyyə vəsaitinin daxil olacağı gözlənilir.

Oğuz şəhərində fəaliyyətdə olan dörd mehmanxanadan cari ildə 350  manat həcmində mehmanxana rüsumu yığılıb. Azda olsa bu istiqmətdən maliyyə vəsaiti daxil olur.

Bələdiyyədən daxil olan məlumatda daha sonra bildirilir ki,  cari ilin səkkiz ayı ərzində bələdiyyə  büdcəsinə 48 000  manat maliyyə daxil olub ki, bu da ötən ilin müvafiq dövrüylə müqayisədə 50 faizədək azdır.

Maliyyə vəsaitinin azalmasına əsas səbəb torpaq satışının və icarəsinin həyata keçirliməməsi olub.  

Belediyye.info

ŞƏRHLƏR