Biz bəzi icra başçılarının bələdiyyələrə qarşı haqsız mövqedə dayanmaları, bələdiyyələrin fəaliyyətinə müdaxilə etmələri, ayrılan dotasiyanın bilavasitə yerlərə çatmaması barədə dəfələrlə yazmışıq.
Sözsüz ki, hər dəfə söhbət hər birindən yox, bəzilərindən gedirdi. Bu məmurların içərisində tanıdığım və şəxsən hörmət bəslədiym insanlar da vardır ki, intellektinə, dünyagörüşünə, səmimiyyətinə, sakinlərlə ünsiyyətlərinə görə həqiqətən seçilirlər, bələdiyyələrin də inkişafına maraqlıdırlar.
Təəssüf ki, hər dəfə yuxarıda söylədiyim fikri təkrar edəndə bəzi “əli böyüklərin ətəyində olan”, bələdiyyə sisteminə bir qara qəpiklik xeyri dəyməyənlər bizə irad tutub az qalırdılar xalq düşməni çıxarsınlar. Hətta bələdiyyələrin problemlərinin həlliylə bağlı, təkrar edirəm Ulu Öndərin qurucusu olduğu bələdiyyələrin üzləşdikləri çətinliklərlə bağlı, atam Tofiq müəllimin və ya özümün hər addım başı qarşılaşdığım problemim həlli ilə bağlı yox, məhz bələdiyyələrlə bağlı ölkə başçısına QHT sədri kimi müraciətimdən sonra məni az qala güllə qabağına qoysunlar ki, bu nə həqarətdir?!
Sanki hər ay maliyyə ilə təmin edirlərmiş kimi gərək icazə almalıydım, razılaşdırmalıydım.
Sual edirəm, yazdığımız hər cümləni bu gün oxuyub, bəzəknən yuxarılara ötürməyi özünə vəzifə bilənlər indi hardasınız? indi niyə yazılanlara reaksiya vermirsiniz?... Nə isə...
Bəli, Cənab Prezidentə bir daha təşəkkür edirəm ki, bu gün bu məsələlərə könkret olaraq nöqtə qöydu: "Bütün bələdiyyələr icra hakimiyyətinə aylıq pul verir. Biz bu hallara qarşı amansız mübarizə aparacağıq".
CəNAB PREZiDENT, BiR DAHA TəKRAR EDiRəM Ki, BiZ SiZiNLəYiK, BəLəDiYYəLəRiNDə SiZiNLə OLDUÄžUNA QəTi əMiNiK!!!
Vüqar Tofiqli