"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ölkə bələdiyyələrinin gəlirləri nə qədər azalıb?

--2016-04-08 / 00:58

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2015-ci ildə Azərbaycan bələdiyyələrinin illik büdcə gəlirləri 30,9 milyon manata bərabər olub. Bu  isə öz növbəsində yerli büdcə gəlirlərinin 2014-cü illə müqayisədə 38 % azalması deməkdir. Belə ki, 2014- cü ildə bələdiyyələrin illik büdcə gəlirləri 50 milyon manatdan artıq olmuşdur.

Yerli büdcəyə daxil olan gəlirlərin 5,9 milyon manatı əmlak vergisindən, 5,2 milyon manatı torpaq vergisindən, 370 min manatı mədən vergisindən, 300 manatı isə bələdiyyə müəssisələrinin mənfəət vergisindən daxil olub.

Bələdiyyə büdcəsinə daxil olan maliyyə vəsaitlərinin 6,7 milyon manatı bələdiyyə əmlaknın  və torpağının özəlləşdirilməsindən, 3,5 milyon manatı  icarəyə verilməsindən daxil olub. Sanatoriya kurort, mehmanxana və turizm xidmətlərindən daxil olan rüsumların  həcmi  639 min manat, avtomobil dayancaqlarından daxil olan rüsumların  həcmi    173.5 min manat, küçə divar rekalamlarında daxil oan vəsaitlərin həcmi 286 min manat təşkil edib.

Daxil olan vəsaitlərin 5,2 milyon manat dotasiyadan, 1.1 milyon manatı isə hüquqi və fiziki şəxslərdən daxil maliyyə yardımlarından daxil olub.

Ümumilikdə, əmlak vergisindən, küçə reklamlarından, sanatoriya-kurort, mehmanxana və turizm xidmətlərindən daxil olan rüsumların, avtodayacaqlarından daxil olan ödənişlərin həcmi artıb.

Beləliklə, dotasiya və maliyyə yardımların həcmi çıxsaq bələdiyyələrin ilik büdcə gəlirləri 24 milyon manata çatmır.

Bu isə o deməkdir ki, ötən il ay ərzində ölkə bələdiyyəsi   cəmi 1244 manat qazana bilib. Bu rəqəm 2014 -cü ildə 2221 manata bərabər olmuşdur.

Belediyye.info

 

ŞƏRHLƏR