"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ölkə üzrə yığılan mədən vergisinin 44 faizini Quba bələdiyyələri yığıb

--2019-07-14 / 17:41

Quba rayonunda formalaşan 34 bələdiyyənin 2018-ci ildə  əldə etdikləri maliyyə vəsaitinin həcmi 1.099.300 manat olub. Bu da 2017-ci illə müqayisədə büdcə gəlirlərində 6.1 faiz artım deməkdir. əldə edilən vəsaitin isə 44.8 faizi yəni (493.000 manat) bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəsindən daxil olub.

Bu məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Quba rayonunda formalaşan 34 bələdiyyə 115.200 manatlıq əmlak vergisi, 151.000 manatlıq torpaq vergisi, 205.800 manatlıq mədən vergisi, 2200 manatlıq reklam vergisi, 4600 manatlıq mehmanxana rüsumu toplaya biliblər.

Təəsüf ki, il ərzində  dayanacaq rüsumu bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.

Qeyd edək ki, il ərzində 87.200 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Fiziki və hüquqi şəxslərdən daxil olan maliyyə yardımlarının həcmi isə 100 manat olub

Quba bələdiyyələri əldə etdikləri qazancın 45.5 faizini, yəni 501.800 manatını yerli özünidarə orqanlarının saxlanmasına, 25.3 faizini yəni 278.700 manatı isə mənzil kommunal təsərrüfatı sahəsinin saxlanmasına xərcləyiblər.

Bu arada qeyd edək ki, Quba bələdiyyələri ölkə üzrə əldə edilən 466. 000manatlıq mədən vergisinin 44 faizini yəni 205800 manatını toplaya bilıiblər. Bu rəqəm isə ötən ildəki rəqəmdən 352 faiz çoxdur.

Belediyye.info

 

ŞƏRHLƏR