Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından Belediyye.infoya daxil olan məlumatda bildirilir ki, 2008-ci ildə 24 şəhər bələdiyyənin ərazisində 421 məhəllə komitəsi fəaliyyət göstərib. 2014-ci ildə 34 şəhər bələdiyyəsinin ərazisində 612 məhəllə komitəsi, cari ilin birinci yarsında isə məhəllə kömitələrinin sayı 43 bələdiyyə üzrə 799-a çatıb.
Belediyye.infonun bu istiqmətdə apardığı təhlillər göstərir ki, son 3 ildə məhəllə komitələrinin sayı 1.9 dəfə artıb.
Hazırda 43 şəhər üzrə 799 məhəllə komitələri arasında Sumqayıt Bələdiyyəsi üzrə 137, Mingəçevir Bələdiyyəsi üzrə 94, Yasamal Bələdiyyəsi üzrə 84, Binəqədi Bələdiyyəsi üzrə 62, Nərimanov Bələdiyyəsi uzrə 8, Nizami Bələdiyyəsi üzrə 5, Gənca şəhərinin Kəpəz bələdiyyəsi üzrə 23, Göygol bələdiyyəsi üzrə 13, Qusar Bələdiyyəsi üzrə 7, Xudat Bələdiyyəsi üzrə 4 məhəllə komitələrində daha məhsuldar iş qurularaq fəaliyyət gostərdikləri ərazilərdə çoxsaylı layihələri həyata keçiriblər
Belediyye.info