"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ölkəmizdə könüllü qanvermə aksiyasına şirvan Bələdiyyəsidə qoşuldu

--2020-04-24 / 08:54

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım əliyevanın çağırışı və təşəbbüsü ilə ölkəmizdə könüllü qanvermə aksiyasına şirvan Bələdiyyəsidə qoşuldu.

 Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım əliyevanın çağırışı və təşəbbüsü ilə ölkəmizdə könüllü qanvermə aksiyaları keçirilir. 22 aprel 2020-ci il tarixində şirvan şəhər icra Hakimiyyətininşirvan şəhər Bələdiyyəsinin, qəsəbə bələdiyyələri və icra nümayəndəliklərinin əməkdaşları, müxtəlif idarə və müəssisələrin kollektivləri, eyni zamanda şəhər Polis şöbəsinin şəxsi heyəti də qanvermə aksiyasına qoşularaq fəal iştirak ediblər. Xalqımızla birlik və həmrəylik nümayiş etdirərək hörmətli Mehriban xanım əliyevın təəbbüsü ilə keçirilən bu aksiyaya qoşulub, karantin rejiminin tələblərinə əməl etməklə qan xəstəliyindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədi ilə B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya institutunun Mərkəzi Qan Bankının şirvan Regional Bölməsində qan veriblər

icra Hakimiyyətinin başçısı ilqar Abbasov Qan Bankında talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlarla və onların valideynləri ilə görüşərək uşaqların səhhəti və müalicələrinin gedişi ilə maraqlanıb, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım əliyevanın ölkəmizdə irsi qan xəstəliklərindən, xüsusi ilə talassemiyadan əziyyət çəkən insanların müalicəsinə göstərdiyi diqqət və qayğıdan geniş məlumat verib.. Toplanan qan ehtiyatları tibb işçiləri tərəfindən yoxlanılacaq, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaqdır. Pandemiya dövründə karantin rejiminin qaydalara uyğun olaraq, çölə çıxma icazəsi olan, sağlamlığı və yaşı qan verməyə imkan verən bütün sakinlərə birlik nümayiş etdirərək bu aksiyada fəal olmağa çağırırıq.

şirvan bələdiyyəsi 

ŞƏRHLƏR