Azərbaycana gələn turistlərin sayı 2.691.998 nəfər olub . Bu rəqəm ötən ildəkindən 500 min nəfər çoxdur. Həqiqətən indiki məqamda bu ölkəmiz üçün böyük rəqəmdir.
Bu barədə məlumatı AzTV- Dövlət Statistika Komitəsinin məlumatına istinadən yayıb.
Ümumilikdə isə turistlər ölkəmizdə 1.3 milyard manat xərcləyiblər.
Gələn turistlərin sayı Rusiyadan 790.258 nəfər, Gürcüstandan 488.269 nəfər,irandan 340.702 nəfər, Trükiyədən 275.147 nəfər, Birləşmiş ərəb əmirliklərindən 87.125, iraqdan 58.259 nəfər, Ukraynadan 53.583 nəfər, Səudiyyə ərəbistanından 32.644 nəfər, digər ölkələrdən isə üst üstə 351.831 nəfər gəlib Göründüyü kimi, hələ ki Azərbaycana qonşu ölkələrdən daha çox turist gəlib.
Beləliklə, 2.7 milyon nəfər turistin gəlişi ölkə bələdiyyələrinin də büdcə gəlirlərinə müsbət təsir göstərməlidir.
Belə ki, hər gecələməyə görə, bir turistdən alınan vəsaitin 1.1 manatı mehmanxana sahibləri tərəfindən yerli büdcəyə köçürülməlidir.
Belə qənaətə gəlmək olar ki, ötən il bələdiyyələrin büdcəsinə təxminən 3 milyon manatadək vəsait daxil olmalı idi.
Təhlillər göstərir ki, ğtəni l mehmanxana rüsumunu ən çox yığan iSəbail və Nəsimi bələdiyyələri olub.
Belediyye.info
P.S. DSK tərəfindən yaxın günlərdə bələdiyyələr tərəfindən toplanan mehmanxana rüsumunun həcmi açıqlanacaqdır.