"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ölümün əlindən tutanlar...MiLLəT VəKiLi YAZIR

--2018-07-27 / 18:36

Son zamanlar az qala hər gün bir intihar hadisəsi haqqında xəbər oxuyuram və təssüf ki, intihar edənlərin əksəriyyəti gənclərdir.

Bu gün abutiriyentlərin sonuncu imtahanıdır və içimi təşviş bürüyüb, gənclərin hər kiçik məğlubiyyətdən sarsılıb həyatla vidlaşmaq istəməsi məni çox qorxudur.

əslində məğlubiyyət də deməyək, məqsədlərinə çatmayanda, hər şey arzuladıqları kimi olmayanda və eqoizmləri xarakterlərinə güc gələndə...

Bəs biz harda səhv etdik, harda yanıldıq və gəncliyimizi belə zəif yetişdirdik...

Bəlkə məğlubiyyətlərimizin qələbələrimizdən cox olduğu həyatımızda övladlarımıza hər istədiyini verdik, xəyallarını doğrultduq, eqoizmlərini bəslədik, inciməyə ağrımağa qoymadıq, zəhmətə alışdırmadıq...

Bəlkə daha çox təyziq göstərdik, daha yaxşı nəticələr istədik, olmazların mümkünlüyünü tələb etdik və bütün bunların içərisində onları dinləməyi unutduq, onların istədiklərinin yox öz arzularımızın reallaşmasını arzuladıq, dost,bacı, qardaş olmağı unutduq, başqa qapılarda başqa çarələr axtarmasına nail olduq...

Eqoistliyimiz imkan vermədi çünki, bizim yalançı zəfərlərimizin verdiyi eyforiyada övladlrımızı az az necə itirdiyimizi, bizdən uzaqlaşdığını hiss etmədik...


indiki zamanda yaşantıların dünyasında yaşamağa, arzuların qanadında xəyalları fəth etməyə dəyməzmi? insan olaraq sevdiklərimizi etməyə və bundan aldığımız gücdən ruhlanaraq dunyaya mərhəmət və sevgi bəxş etməyə gəlmədikmi? Təssüf ki, onsuz da gərgin olan həyatımızı daha da gərginləşdirməkdə, düşünmədən, hiss etmədən yaşamaqda davam edirik və belə yaşadıqca bütün dəyərləri və dəyərliləri itirməyə addım addım yaxınlaşırıq. Gəlin, gənclərimizin səsini duyaq, arzularını bilək, xəyallarına ortaq olaq və övladlaımızla dostlaşaq, qoy onlar ölümün əlindən deyil bizim qolumuzdan tutsunlar, bizə sığınsınlar, bizdən güc alsınlar....

bunun düsturu çox sadədir... icazə verin, övladlarınız arzularının arxasınca getsinlər və bu yolda yeganə dostları siz olun!!!


Qeyd: bu yazını yazma səbəbim, Sumqayıtda az bal yığdığına görə intihar edən və daha sonra eyni yerdə övlad sarsıntısına dözməyib intihar edən ananın faciəsindən təsirlənməyimdir...

Biz cəmiyyətimizin üzvlərini çox primitiv və sadə səbəblərdən itirdik, halbuki her şey çox yaxşı ola bilərdi...

Sona əliyeva 

Milli Məclisin üzvü 

ŞƏRHLƏR