sorğu
Binəqədi rayon M.ə.Rəsulzadə qəsəbəsi yeni yaşayış massivindəki adsız küçələrə əmlak Məsələləri üzrə Dövlət Komitəsinin təklifiylə Bakı şəhər icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamıyla adlar verilib.
On doqquz küçə bundan sonra belə adlandırılacaq:
Böyük şor, Qafqaz, Çinarlı, Çıraq, Göycə, Xudafərin, Kainat, Meridian, Batabat, Anadolu, Cıdır düzü, Baba dağ, Bərgüşad, Zəngəzur,Savalan Zəngibasar, Murov, Kəpəz, Söyüdlü.
Sərəncamla adıgedən küçələrə adların vurulması əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, sərəncamın icrasına nəzarət isə Binəqədi Rayon icra Hakimiyyətinə tapşırılıb.
Belediyye.info