Milli Məclisin Regional Məsələlər Komitəsi — yerli özünüidarə orqanları ilə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. Regional məsələlər komitəsi: inzibati ərazi quruluşu, yerli özünüidarə orqanlarının seçkiləri, statusu, işinin təşkili məsələlərinə dair qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; bələdiyyə mülkiyyəti, yerli vergilər və ödənişlər, yerli büdcə, yerli sosial müdafiə və sosial inkişaf proqramları, yerli iqtisadi inkişaf proqramları, yerli ekoloji proqramları ilə bağlı qanun layihələrini bu sahələr üzrə başqa aparıcı daimi komissiyalarla birlikdə hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində yerli özünüidarə məsələlərinə dair rəy verir; bələdiyyə orqanlarının işinin təşkilinə və təkmilləşdirilməsinə, bələdiyyə işçilərinin ixtisasının artırılmasına kömək göstərmək məqsədi ilə metodik tövsiyələr hazırlayır və dərc etdirir.
Tərkibi:
Siyavuş Dünyamalı oğlu Novruzov - Sədr
Elşən Məmmədhənifə oğlu Musayev - Müavin
Kamran Fərhad oğlu Bayramov
Məzahir Cavid oğlu əfəndiyev
Emin Məcid oğlu Hacıyev
Fəttah Səməd oğlu Heydərov
Malik əvəz oğlu Həsənov
Səbinə Səməd qızı Xasayeva
Aqil Sadıq oğlu Məmmədov
Səttar Suliddin oğlu Möhbalıyev
Cavid Həmid oğlu Osmanov
Tahir Musa oğlu Rzayev
əliabbas Qalib oğlu Salahzadə