2017-ci il noyabr ayının 30-dan 01 dekabr tarixinə kimi Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən şərq tərəfdaşlığı ölkələrində uyğun partnyorluq, yaxşı idarəetmə üçün tərəfdaşlıq məsələlərinə həsr olunan “Yerli özünüidarəetmənin institusional əsaslarının gücləndirilməsi proqramı” çərçivəsində təşkil olunmuş seminar başa çatıb. Semianrda ölkəmizi təmsil edən Bakı şəhəri Binəqədi rayonu M.ə.Rəsulzadə bələdiyyəsinin sədri, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycan üzrə daimi nümayəndəsi Hümbət Hüseynov Belediyye.infoya bildirib ki, tədbirdə yerli idarəetmə orqanları işçilərinin ixtisasının artırılması proqamının monitorinqi və qiymətləndirilməsi üzrə təlim keçirilib.
7 sessiyadan ibarət olan təlimin əsas məqsədi şərq tərəfdaşlığı ölkələrində yerli özünüidarəetmə sahəsində monitorinq və qiymətləndirmə prosesinin müəyyənləşdirilməsi olub.
Təlim zamanı partnyor ölkələrdə institusional mühit, təhsil proqramının dizayn və gedişatı, iştirakçıların əlaqələri və gözləntiləri, proqramın şərtləri və keçirilmə yeri barədə geniş məlumat əldə edilib. Bununla yanaşı tədbirdə partnyor ölkələri təmsil edən qrupların iştirakı ilə yerli özünüidarəetmə orqanlarının əsas prioritetləri, ən çox rast gəlinən çətinliklər, büdcənin formalaşdırılmasında daha çox dəstəyə ehtiyac olan məsələlər barədə daxili müzakirələr aparılıb.
Xatırladaq ki, tədbirdə ölkəmizi həmçinin Azərbaycan Respublikası ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin rəisi Zahir əlizadə, Bakı şəhəri Nərimanov bələdiyyəsinin üzvü Samirə Hüseynova da iştirak edib və Azərbaycan nümayəndə heyəti digər nümayəndlərlə birgə yerli özünüidarəetmənin institusional əsaslarının gücləndirilməsi istiqamətində görülən işlər haqqında təqdimatlarda yaxından iştirak edib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib.
Belediyye.info
|
|
|
|