imişli regional ədliyyə idarəsi və imişli rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı əsasında imişli şəhər ş.Məmmədov adına tam orta məktəbdə yuxarı sinif şagirdləri üçün idarənin əməkdaşları ilkin Savalan və Ruslan ismayılovun iştirakı ilə Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ilə bağlı növbəti maarifləndirmə kursu keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan imişli regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi i.Savalan imişli regional ədliyyə idarəsinin fəaliyyət istiqamətləri, ədliyyə qulluğuna qəbulla bağlı prosedur qaydaları, həmçinin ədliyyə Nazirliyinin əsasnaməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Sonra idarənin aparıcı məsləhətçisi R.ismayılov Azərbaycan ədliyyəsinin bu günə kimi keçdiyi keşməkeşli tarixi ilə bağlı, həmçinin ədliyyə sahəsində göstərilən elektron xidmətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Sonda şagirdlər Həsən Abdullayev, Səkinə Zeynalova, Xəyal ismayılov, Fatimə əlizadə, Nihad Həsənli və digərlərini maraqlandıran suallar cavablandırılıb.
imişli regional ədliyyə idarəsi