şəxsən mən ötən günlərimin qayıtmağını istəmərəm. Belə götürəndə bir gün də görməmişik.
Təzəcə həyatı dərk etməyə başladığımız məqamda qaçqın, məcburi köçkün, didərgin düşmüşük elimizdən-obamızdan. Vaqonlarda,çadırlarda yaşamışıq. Həyatın ən çətin günlərini görmüşük. Yardım növbələrində dayanmışıq yayı,qışı...
Bu günümüzə şükür.
Gələcəyimizi, gələcək günlərimizi yaşayaq. Keçən keçib,yaşadığımız yaşanılıb, gələcək günlərin nələr gətirəcəyini heç birimiz bilmirik. Sirlərlə doludur, bəlkə sevinc doludur, bəlkə də kədər dolu.
Ancaq yaşanılmayıb,yaşanılmağı gözləyir, istəsən də istəməsən də yaşanacaqdır. Olmayan duaya amin deməyin də mənası yoxdur.
Romantiklik yaxşı olsada realist olmaq lazımdır...
Tural Nəbiyev
Füzuli rayon Horadiz bələdiyyəsinin sədri