"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ötən il 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

--2021-01-26 / 12:58

ədliyyə Nazirliyindən daxil olan məlumata görə, 2020-ci ildə inzibati nəzarət icraatı qaydasında bələdiyyələrin fəaliyyətində aparılmış araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq mühafizə orqanlarına göndərilmişdir. Həmin materiallardan 10-u üzrə cinayət işi başlanılmış, digərləri isə baxılmaqdadır.

Məlumatda daha sonra qeyd edilir ki, il ərzində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən bələdiyyələrin 172 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilmişdir. Həmin protokollar üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilmiş, 6 inzibati xəta protokoluna xitam verilmiş, 28 protokol isə baxılmaqdadır.

Bələdiyyələrin fəaliyyətində qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin olunması məqsədilə onların fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi və səmərəliliyinin artırılması istiqamətində ədliyyə Nazirliyi tərəfindən ardıcıl məqsədyönlü tədbirlər davam etdirilir.

Belediyye.info

ŞƏRHLƏR