sorğu
Azərbaycan bələdiyyələrinin büdcə gəlirləri 2019-ci illə müqayisədə ötən il dörd faiz azalıb. Dövlət Statistika Komitəsindən daxil olan məlumata görə, ümumilikdə 1.606 bələdiyyə 2020-ci ildə 34.970.600 manat maliyyə vəsaiti əldə edə bilib. Bu vəsaitin 22.7 fazi əmlak vergisindən, 15.8 faizi torpaq vergisindən, 2.8 faizi mədən vergisindən, 20 faizi bələdiyyə əmlakının özəlləşdirilməsindən, 15.5 faizi isə bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olub.
Ötən il hüquqi şəxslərin bələdiyyələrə maliyyə yardımlarının həcmi 4.6 dəfə artaraq 185.300 manata bərabər olub.
Qeyd edək ki, 2020-ci il ərzində dövlət tərəfindən bələdiyyələrə ayrılan dotasiya və suvbensiyaının həcmi 5.7 milyon manatdan artıq olub.
Belediyye.info