"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ötən il bələdiyyələr nə qədər qazanıblar?

--2017-03-30 / 05:58

Ötən il ölkə bələdiyyələrinin illik büdcə daxilolmalarının həcmi 31.617.200 manat olub. Bu da 2015-ci illə müqayisədə 2.7 % artıq deməkdir.

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, əldə olunan gəlirlərin 41.1 faizi yerli vergilərdən, 32.9 faizi bələdiyyə əmlakının özəlləşdirilməsi və icarəsindən daxil olub.

2015-ci illə müqayisədə Daşkəsən rayon bələdiyyələri 2016-cı ildə ən çox, yəni 200.1 % artıq qazana biliblər.

Rayon və şəhərlər üzrə ən cox artım Qax rayonu üzrə 167.7%,  Qəbələ rayonu üzrə 163.5 %, şəki 149.7%,  Zakatala 148.5 % , Göyçay rayonu üzrə 146.6 %, Sumqayıt şəhəri 146.2 % Masallı rayonu üzrə 144.6, Ucar rayonu üzrə 144.2 %, Yevlax rayonu üzrə 141.1, Qobustan rayonu üzrə 141.1 təşkil edib.    

Gəliri bir milyon manatı keçən rayon və şəhərlər sırasına Bakı  şəhəri(52 bələdiyyə 8.7 mln.)  başıçılıq edir. Bu sıraya  Abşeron (15 bələdiyyə 2.5  mln), Sumqayıt şəhər (3 bələdiyyə 1.5 mln)  şəki (40 bələdiyyə 1.2 mln) rayon bələdiyyələri qoşula bilib.

Belediyye.info

ŞƏRHLƏR