"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ötən il binəqədililərin orta aylıq əməkhaqqı 345 manat olub

--2016-05-13 / 11:44

Binəqədi Rayon Statistika şöbəsinin  rəisi   Hamlet Məmmədovun Belediyye.info verdiyi məlumata görə, ümumrespublikada olduğu kimi Binəqədi rayonunda da iqtisadi islahatlar geniş vüsət almışdır. Rayonda yeni iş yerlərinin açılması, magistral və məhəllədaxili yolların  təmiri, parkların yenidən qurulması, yaşayış binalarında və sosial obyektlərdə kommunikasiya xətlərinin dəyişdirilməsi , aparılan təmir-tikinti  və abadlıq işləri hesabat dövründə davam etdirilmişdir.

şöbə rəsinin sözlrinə görə, Binəqədi rayonunun sosial, iqtisadi həyatında cari ilin birinci rübündə görülən işlərin yekunu olaraq, aşağıdakı nəticələr əldə olunmuşdur. Belə ki,  rayonda sənaye məhsulu istehsalı və bu sahədə əhaliyə göstərilən xidmətlərin həcmi 29322,9 min manat təşkil etmişdir. istehlakçılara 30154,6 min manatlıq sənaye məhsulu göndərilmişdir. Sənaye müəssisələrinin anbarlarında 11737,9 min manatlıq hazır məhsul qalığı qeydə alınmışdır. Sənaye sektorunda 5597 nəfər çalışmış, orta aylıq əmək haqqı isə 490,0 manat olmuşdur. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən hesabat dövründə 8747,4 min manatlıq xidmətlər göstərilmişdir. işçilərin sayı 4690 nəfər,  orta aylıq əmək haqqı isə 354,3 manat təşkil etmişdir. Rabitə sahəsində xidmətlərin həcmi 1069,6 min manat, işçilərin sayı 553 nəfər, orta aylıq əmək haqqı isə 403,9 manat olmuşdur.

Tikinti sektorunda sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına  əsas kapitala 7402,8 min manat məbləğində investisiya yönəldilmişdir.  investisiyanın 5282,7 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Cari ilin birinci rübündə 4246,8 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir.  Tikintidə çalışanların sayı 3918 nəfər, orta aylıq əmək haqqı isə 345,6 manat təşkil etmişdir. Pərakəndə ticarət şəbəkələrindən əhaliyə 302309,1 min manatlıq istehlak malları  satılmış, müvafiq dövrə nisbətən 2,7 faiz artmışdır. iaşə xidmətinin həcmi 12336,5 min manat olmuşdur.

əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2016-cı ilin birinci rübündə 95962,4 min manat təşkil etmişdir. Pullu xidmətlərin 18,4 faizi dövlət sektorunun payına düşmüşdür. 11,7 faizini isə məişət xidmətləri təşkil etmişdir.

Hamlet Məmmədov bildirib ki, cari ilin hesabat dövründə  rayon üzrə muzdla işləyənlərin orta sayı  39327 nəfər, o cümlədən dövlət sektorunda çalışanların sayı 15083 nəfər, qeyri-dövlət sektorunda isə 24244 nəfər olmuşdur. Orta aylıq əmək haqqı 398,7 manat təşkil etmişdir.

2016-cı il aprelin  biri vəziyyətinə Binəqədi rayonunda daimi olmaqla 1571 yeni iş yeri açılmışdır. Yeni açılan iş yerləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,4 faiz artmışdır.

Demoqrafik vəziyyətlə bağlı 960 nəfərin doğumu, 335 nəfərin isə ölümü qeydə alınmışdır. Təbii artım 625 nəfərdir. ilin əvvəlindən 128 boşanma qeydə alınmış, 376 nikah bağlanmışdır.

Rəsmi statistikaya görə daimi əhalinin sayı 261,2 min nəfərə, qaçqınların sayı 15577 nəfərə, məcburi öçkünlərin sayı isə 31243 nəfərə çatmışdır.

şöbə rəsinin fikrincə respublikada aparılan iqtisadi islahatlar Binəqədi rayonunda da uğurlu inkişaf etdirilir və deməyə əsas verir ki, 2016-cı ilin yekununda rayon üzrə qarşıya qoyulan bütün sosial-iqtisadi məsələlər müvəffəqiyyətlə öz həllini tapacaqdır.

Belediyye.info

  

                        

 

ŞƏRHLƏR