"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ötən il Gəncədə torpaq satışı həyata keçirilməyib

--2018-04-30 / 19:14

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2017-ci ildə Gəncə şəhərində formalaşan üç bələdiyyə il ərzində 614.400 manat maliyyə vəsaiti əldə ediblər. Bu da 2016-cı illə müqayisədə 15.6 faiz artıq deməkdir.

Bu vəsaitin 37.7 faizi əmlak vergisindən, 15.8 faizi torpaq vergisindən, 1.2 faizi mədən vergisindən, 1.8 faizi sanatoriya-kurort və mehmanxana və turizm xidmətlərindən, 1.7 faizi avtodayanacaqlardan, 25.3 faizi bələdiyyə əmlakının icarəyə verilməsindən daxil olub.

Ümumiyyətlə ən çox artım  sanatoriya-kurort, mehmanxana və turizm xidmətlərindən olub. Belə ki,  il ərzində otel xidmətindən 11.200 manat vəsait daxil olub ki, bu da 2016-cı illə müqayisədə  83,6 faiz artıq deməkdir.  

Ötən il Gəncə bələdiyyələrinə 101.800 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Gəncə bələdiyyələri üçün ən maraqlı məqam ondandır ki, il ərzində bələdiyyə ərazisində hər hansı bələdiyyə əmlakının və torpağın özəlləşdirilməsi həyata keçirilməyib.

Belediyye.info

ŞƏRHLƏR