"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ötən il Quba bələdiyyələrinin büdcə gəlirləri 18.5 faiz artıb

--2022-04-04 / 17:12

Quba rayonunda formalaşan 34 bələdiyyənin 2021-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 1.314.000 manat olub. Bu isə 2020-ci illə müqayisədə büdcə gəlirlərində 18.5 faiz artım deməkdir.

Qeyd edək ki, 2020-cu ildə Quba bələdiyyələrinin büdcə gəliri 1.108.800 manat olmuşdu.

əldə edilən vəsaitin isə 47.8 faizi yəni (628.300 manat) bələdiyyə əmlakının və torpağınn icarəsindən daxil olub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Quba rayonunda formalaşan 34 bələdiyyə ötən il ərzində 149.300 manatlıq əmlak vergisi, 176.800 manatlıq torpaq vergisi, 255.100 manatlıq mədən vergisi, 100 manatlıq sanatoriya rüsumu toplaya biliblər.

əlavə edək ki, ən çox azalma mədən vergisinin toplanılmasında baş verib. Belə ki, 2020-cu ildə 305.400 manat qarşl ötən il 255.100 manatlıq mədən vergisi toplanılıb.

Qeyd edək ki, il ərzində bələdiyyələrə 84.500 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Ötən il Quba bələdiyyələrinə bələdiyyə mülkiyyətində olan müəssiələrdən hər hansı maliyyə vəsaiti daxil olmayıb, bu qurumlar habelə il ərzində dayanacaq rüsumu da toplaya bilməyiblər.

Büdcə gəlirləndə digər istiqamətlərdən9.600 manat vəsaiti daxil olub.

Belediyye.info

ŞƏRHLƏR