"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ötən il Quba rayonuna 9000 nəfər turist gəlib?-CiDDi

--2018-06-27 / 00:33

Quba rayonunda formalaşan 34 bələdiyyə 2017-ci il ərzində 1.035.900 manat maliyyə vəsaiti toplaya bilib. Bu ötən ildəki rəqəmdən cəmi 19.1 faiz artıq deməkdir.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, büdcə gəlirlərində torpaq vergisinin həcmi 15.4 faiz, əmlak vergisinin həcmi 12.1 faiz, mədən vergisindən daxil olan ödənişin həcmi 5.6 faiz olub. Mədən vergisindən ümumilikdə 58.400 manat vəsait toplanıb ki, bu da ötən ildəki rəqəmdən 46 faiz artıq deməkdir.

il ərzində 35 bələdiyyəyə ayrılan dotasiyanın həcmi isə 84.100 manat təşkil edib.

Bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən daxil olan vəsaitin həcmi 409.000 (yəni 39.5.%), icarəyə verilməsindən isə 119.900 manat (11.6%) maliyyə vəsaiti daxil olub.

Fiziki şəxslərədn könüllü vergi kimi daxil olan vəsaitin həcmi 9500 olub.

Ümumi büdcə gəlirlərinin 2.6 faizini mehmanxana rüsumu təşkil edib.

əlavə edək ki, 2017-ci ildə Quba bələdiyyələrinin büdcəsinə mehmanxana ödənişlərindən cəmi 9200 manat vəsait daxil olması təəssüf doğurur. Bələdiyyələrin hesabatından belə çıxır ki, il ərzində Quba rayonuna 9000 nəfər turist gəlib.

Qeyd edək ki, təkcə avqust ayı ərzində Qubaya 17.300 nəfər turist gəlib ki, onların da 3150 nəfəri xarici ölkə vətəndaşlarıdır. ilin əvvəlindən başlayaraq rayona gələn turistlərin sayı isə 100 minə yaxındır.

Belə çıxır ki, Quba rayonunda da fəaliyyət göstərən turizm obyektləri mehmanxana rüsumunu ödəməkdə maraqlı deyillər.

 Belediyye.info

ŞƏRHLƏR