şaban rayonunda formalaşan 15 bələdiyyə 2017-ci il ərzində 353.200 manat maliyyə vəsaiti toplaya bilib. Bu ötən ildəki rəqəmdən cəmi 42.1 faiz artıq deməkdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, büdcə gəlirlərində torpaq vergisinin həcmi 19.2 faiz, əmlak vergisinin həcmi 7.8 faiz, mədən vergisindən daxil olan ödənişin həcmi 5.6 faiz olub. Açıq məknada reklam yerləşdiriliməsindən 2300 manat vəsait toplanıb ki, bu da ötən ilki rəqəmin cəmi 56.1 faizi deməkdir.
il ərzində 15 bələdiyyəyə ayrılan dotasiyanın həcmi isə 34.200 manat təşkil edib.
Bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən daxil olan vəsaitin həcmi 188.200 (yəni 53.3.%), icarəyə verilməsindən isə 27.900 manat (7.9%) maliyyə vəsaiti daxil olub.
Rayonda torpaq satışının həcmi 2016-cı illə müqayisədə iki dəfə artıb.
Maraqlıdır ki, il ərzində 15 bələdiyyə avtodayanacaqla bağlı rüsum, mədən vergisi, mehmanaxana kurort- sanatoriya ödənişlərini yığa bilməyiblər.
Belediyye.info