"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ötən il şəki bələdiyyələrinin üç milyon manat büdcə gəliri olub

--2021-05-20 / 04:54

şəki rayonunda formalaşan 40 bələdiyyənin 2020-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 3.006.200 manat olub. Bu isə 2019-ci illə müqayisədə büdcə gəlirlərində iki dəfə artıq deməkdir.

əldə edilən vəsaitin isə 83.8 faizi, yəni (2.520.000 manat) bələdiyyə əmlakının və torpağınn icarəsindən daxil olub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Onu da əlavə edək ki, 2019-cu illə müqayisədə şəki bələdiyyələrində torpaq satışı və icarənin həcmi 2.7 dəfə artıb.

şəki rayonunda formalaşan 40 bələdiyyə ötən il ərzində 87600 manatlıq əmlak vergisi, 262.800 manatlıq torpaq vergisi, 8.400 manatlıq mədən vergisi toplaya bilib. Bununla yanaşı 3.700 manat dayanacaq rüsumu və 600 manat isə kurort-sanatoriya rüsumu toplanılıb.

Qeyd edək ki, il ərzində bələdiyyələrə 96.100 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Ötən il şəki bələdiyyələrinə bələdiyyə mülkiyyətində olan müəssiəsələrdən mənfəət vergisi və reklamk daşıyıcılarından hər hansı formada rüsum daxil olmayıb.

əlavə edək ki, büdcə gəlirlərində digər istiqamətlərdən 26.300 manat vəsait daxil olub.

Belediyye.info

ŞƏRHLƏR