"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ötən il Siyəzən bələdiyyələri əmlak vergisinin həcmini artıra biliblər

--2017-04-06 / 04:34

Siyəzən bələdiyyələri 2016- cı ildə 242.100  maliyyə vəsait əldə ediblər. Bu barədə Belediyye.infoya  məlumat  Dövlət Statistika Komitəsindən daxil olub.

Ötən il ərzində rayonda formalaşan on bir bələdiyyə daha çox əmlak vergisnin həcmini artıra bilib. Belə ki, 2015-ci ildə 1100 manat olduğu halda, əmlka vergisnin həcmi ötən il 3600 manata bərabər olub. Bununla yanaşı 2.800 manat mədən  vergisi, 55.700 manat torpaq vergisi yığılıb.

il ərzində 69.300 manatlıq bələdiyyə əmlakı özəlləşdirilib. 84.900 manat maliyyə vəsait isə torpağın icarəsindən daxil olub.

Qeyd edək ki, Siyəzən bələdiyyələrinin ən yüksək büdcədaxilolmaları 2007-ci ildə olub. Həmin il rayon bələdiyyələri  259.300 manat maliyyə vəsaiti əldə ediblər.

Belediyye.info

ŞƏRHLƏR