"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ötən il Xaçmazda torpaq satışı 37 faiz artıb- CiDDi

--2018-05-24 / 19:02

Xaçmaz rayonunun 38 bələdiyyəsi ötən il ərzində 986.000 manat maliyyə vəsaiti toplaya bilib. Bu 2016-cı ildəki rəqəmdən cəmi 14.3 faiz artıq deməkdir.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, büdcə gəlirlərində torpaq vergisinin həcmi 31.0 faiz, əmlak vergisinin həcmi 15.8 faiz, reklamlardan daxil olan ödənişin həcmi 0.7 faiz, bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən  daxil olan vəsaitin həcmi 31.3 faiz, icarəyə verilmiş torpaq və əmlakdan daxil olan vəsaitin həcmi isə 8.2 faiz olub.

il ərzində 38 bələdiyyəyə ayrılan dotasiyanın həcmi 89.600 manat olub.

2017-ci ildə Xaçmaz bələdiyyələrinin büdcəsinə avtodayacaqlardan 1.600 manat, mədən vergisindən 3.900 manat maliyyə vəsaiti daxil olub.

Bununla yanaşı il ərzində mehmanxana, turizm, kurort - sanatopriya ödənişlərindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Bir məqamı qeyd edək ki, ötən il Xaçmaz bələdiyyələrinin torpaq satışından əldə etdiyi maliyyə vəsaitinin həcmi 308.900 olmaqla ötən ilədki rəqəmdən 36.7 faiz artıq olub.

Belediyye.info

ŞƏRHLƏR