"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ötən il yerli büdcənin gəlirləri 20 faiz artıb

--2022-04-01 / 05:23

Ölkə bələdiyyələrinin ötən ildəki büdcə gəlirləri 41 milyon manatı keçib. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb. Məlumatda bildirilir ki, yerli büdcənin 2021-ci ldəki gəlirləri 41.654.600 manat olub. Bu rəqən 2020-ci ildəki rəqəmdən 19.1 faiz çoxdur.

Büdcə gəlrilərində 45.6 faizi, yəni 18.976300 manatı əmlak və torpaq verigisindən formalaşıb. Bunun 6.616.200 manatı torpaq vergisindən, 11.123.300 manatı isə əmlak vergisndən formalaşıb. Bu rəqəmlər müvafiq olaraq ötən ildəki rəqəmlərdən 15.9 faiz və 26.7 faiz artıq deməkdir.

2020 ci ildə bələdiyyə büdcəsinə mədən vergisindən 1.236.800 manat, daşınmaz əmlak üzərindən reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödənişlərdən 16.300 manat, bələdiyyələr tərəfindən ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, içitmai iaşə və digər xidmətlərdən daxil olan ödənişlərindən 240.300 manat, sanatoriya kurort və tuzim xidmətlərindən daxil olan ödənişlər 855.300 manat, avtomobil dayanacaqlarından 397.300 manat daxil olub.

Ötən il ərzində bələdiyyə əmlakının özəlləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmi 13.262.900 manat olub ki, bu da ümumi büdcənin 31.8 faizi deməkdir.

Fiziki və hüquqi şəxslərdən daxil olan maliyyə yardımın həcmi isə 859.400 manat olub. əlavə edək ki, ötən il bələdiyyələrə 6.169.000 manat dotasiya və subvensiya ayrılıb.

Digər gəlirlərin həcmi isə 877.900 manat olub.

Belediyye.info

ŞƏRHLƏR