"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvlərinin say həddi necə müəyyənləşdirlib?

--2018-01-19 / 05:27

Bu sualı Azərbacan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının hüquq müfəttişi Məhəmməd Kərimoiv cavablandırır:

Yerli özünüidarə hər bir demokratik quruluşun əsas institutlarından biridir. Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, müvafiq qanunlara və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır.

Yerli özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının qanun çərçivəsində, məsuliyyəti öz üzərinə götürərək və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin böyük bir hissəsini nizama salmaq və onu idarə etmək hüququ və real bacarığı başa düşülür.

Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətini elə bir qeyri-dövlət sistemidir ki, bu sistem qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. 

Yerli özünüidarə orqanların strukturu «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasmm Qanunu və bələdiyyələrin Nizamnamələrinə uyğun olaraq müəyyənləşdirilir

Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü - bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür.

Elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü əsas iş yeri üzrə başqa yerdə işləyə bilməz.

əmək haqqı bələdiyyə tərəfindən ödənilməyən bələdiyyə üzvü öz səlahiyyətini həyata keçirərkən istehsal və ya xidmət fəaliyyətini dayandırmır. Bələdiyyə üzvü bələdiyyənin və tərkibinə seçildiyi daimi komissiyanın iclasları zamanı daimi iş yerində orta əmək haqqı saxlanılmaqla öz istehsal və ya xidmət vəzifəsini yerinə yetirməkdən azad edilir.

Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz. Bələdiyyə qulluqçusu bələdiyyə üzvü seçildikdə, 3 gün müddətində öz ərizəsinə əsasən bələdiyyə qulluğundan azad edilir.

Başqa əsas iş yeri olan bələdiyyə üzvü  (sədr və onun müavinləri daxil olmaqla) öz səlahiyyətlərini daimi əsasla icra etmək və əmək haqqını bələdiyyədən almaq üçün bələdiyyəyə yazılı müraciət edir. 

Bələdiyyə sədri müraciət etmiş bələdiyyə üzvünün öz səlahiyyətlərini daimi əsasla icra etməsinə bələdiyyəyə ehtiyac olduqda, 5 gün müddətində bu barədə bələdiyyə üzvünün əsas iş yeri üzrə işəgötürənə yazılı bildiriş göndərir. 

Bələdiyyə üzvünün əsas iş yeri üzrə işəgötürən bildirişi aldığı tarixdən 5 gün müddətində əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq bələdiyyə üzvü ilə əmək müqaviləsinə xitam verir və bu barədə bələdiyyəyə yazılı məlumat verir.

2011-ci ildə “Bələdiyyənin statusu haqqında” Qanuna bəzi dəyişiklər edilmişdir.

 Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvlərinin (sədr və onun müavinləri daxil olmaqla) say həddi hər bir bələdiyyədə qanunvericiliklə müəyyən edilmiş üzvlərin sayından asılı olaraq aşağıdakı kimi müəyyənləşdirilir:

 2-4.1. 5 və ya 7 üzvü olan bələdiyyələrdə - 2 üzv; 

 2-4.2. 9 və ya 11 üzvü olan bələdiyyələrdə - 3 üzv;

 2-4.3. 13 və ya 15 üzvü olan bələdiyyələrdə - 4 üzv; 

 2-4.4. 17 və ya 19 üzvü olan bələdiyyələrdə - 5 üzv.”

Belediyye.info

ŞƏRHLƏR