"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

PA-nın sektor müdiri Emin Eyvazov bələdiyyələrə irad bildirdi

--2017-04-30 / 08:01

“2016-cı ildə 68 şəhər bələdiyyəsi tərəfindən “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü  çərçivəsində 19 istiqamətdə, 409 layihə üzrə, 3.799.002 manatlıq sosial layihələri,  141 qəsəbə  bələdiyyəsi tərəfindən 599 layihə üzrə  2.866.997 manatlıq müxtəlif xarakterli sosial  layihələri, 1227 kənd bələdiyyəsi tərəfindən isə 21 istiqamət üzrə ümumi dəyəri 5,9 milyon manatdan çox olan müxtəlif xarakterli layihələr icra olunub. Layihələr əsasən abadlıq və quruculuq, bələdiyyə yollarının saxlanılması və sosial humanitar məsələləri  əhatə edib.

Diqqəti çəkən məqam odur ki, bu qədər layihə icra olunub, ancaq ictimaiyyətin bundan xəbəri yoxdur. Nəyə görə, hansı səbəbə  bələdiyyələr  fəaliyyətlərini, gördüyü işləri, həyata keçirdikləri layihələri təbliğ etməyə maraq göstərmirlər?”- bu fikirləri   Prezident Adminstrasiyasının Regional idarəetmə və Yerli Özünüidarəetmə  Orqanları ilə iş şöbəsinin  bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov  bələdiyyələrin milli assosiasiyalarının hesabat yığıncaqlarında bildirib:

“Etiraf etməliyik ki, bu gün bələdiyyələrin fəaliyyəti üçün zəruri normativ hüquqi bazanın yaradılmasına, eyni zamanda maliyyə resurslarının verilməsinə  baxmayaraq,  bir çox bələdiyyələr fəaliyyətlərini günün tələbi səviyyəsində qura bilməmişdir. Ancaq bələdiyyələr həyata keçirilən layihələri, ümumilikdə  mövcud fəaliyyəti, təbliğ  etməklə seçici-bələdiyyə münasibətlərinin tənzimlənməsinə şərait yaratmış olacaqlar.

Bu gün Bələdiyyələrin Avtomatlaşdırlımış Məlumat Sistemi (BAMS) yaradılıb. Hazırda bələdiyyələr tərəfindən 605.051 nəfər tədiyəçi haqqında məlumat yerləşdirilib. Bu böyük rəqəmdir. Nəzərə alaq ki, bu prosesə ötən ilin oktyabr ayından start verilib. Bu istiqmətdəki sürəti  artırmalısınız ki, əldə etdiyiniz maliyyə vəsaitiylə daha çox layihələrin icrasını reallaşdırasınız. Bununla sizə səs vermiş seçicinin etimadını doğrultmuş, rəğbətini qazanmış olacaqsınz.

BAMS-ın üstünlüyü bir də ondadır onu digər proqramlarla gələcəkdə inteqrasiya etmək mümkün olacaqdır.”

Bələdiyyələri daha fəal olmağa səsləyən  adminstrasiya rəsmisinin sözlərinə görə, ölkə başçısı cənab ilham əliyevin məqsədyönlü fəaliyyəti, ölkəmizdə sürətlə aparılan iqtisadi islahatlar, şəffaflığın təmin edilməsi respublikamızın siyasi-iqtisadi potensialını gücləndirmiş, həmçinin yerliözünüidarəetmə orqanlarını da əhalinin ictimai sosial fəaliyyətində yaxından iştiraka  sövq etmişdir:

“Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosail iqtisadi inkişaf” Dövlət Proqramının  üçüncü ilinin icrasıyla bağlı  keçirilən müşavirədə cənab prezident qeyd etmişdir ki bizim siyasətimizin başlıca məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi  möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır.

Dövlət Başçısının qeyd etdiyi bu inkişafda sözsüz ki,  bələdiyyələrində rolu olmalıdır. Qeyd olunan məqsədə çatmaq üçün bələdiyyələr də mövcud olan çatışmazlıqların aradan qaldırılması, onların fəaliyyətinin təkmilləşdirilməsi, yerlərdə əhalinin qarşılaşdığı sosial problemlərin həllində yaxından iştirakını təmin edilməlidir.”

Hesabat yığıncaqlarındakı çıxışlarında BAMS-ın əhəmiyyətini vurğulayan E.Eyvazov bildirib ki,  Azərbaycan bələdiyyələrinin qarşılaşdığı problemlərin aradan qaldırılmasında, habelə vergi və ödənişlərin uçotunun aparılmasında, tədiyyəçilərlə ünsiyyətin daha sivil formada qurulmasında,  şəffaflığın təmin olunmasında Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən  istifadəyə verilən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS)  proqramının xüsusi önəmi vardır: “Ötən ilin  oktyabrından istifadəyə verilən proqramın bələdiyyələr üçün mühüm əhəmiyyəti vardır. Bu proqramın bir sıra bələdiyyələr tərəfindən istifadəsində müəyyən çətinliklər olsa da, nəticə etibariylə az müddətdən sonra yerli özünidarəetmə orqanları onun bəhrəsini görəcəklər və fəaliyyətlərində hiss edəcəklər”

E.Eyvazovun  sözlərinə görə, bu gün milli assosiasiyalar BAMS  proqramının yerlərdə daha geniş şəkildə təbliğiylə bağlı görüşlər keçirməyi nəzərdə tutmalı, proqramın geniş tətbiqinə nail olmalıdırlar.

Ötən ilin sonlarında assosiasiya əməkdaşları  səkkiz regionda belə zona müşavirələri keçirmişdilər.

Lakin  bu günkü müzakirələr göstərir ki,  bələdiyyələrin maarifləndirilməsi bundan sonra  davam etdirilməli, yerli kadr bazasının hazırlanması sistemli şəkildə davam etdirilmlidir.

Bununla yanaşı bələdiyyə sədrləri də öz növbələrində bələdiyyə üzvlərinin iştirakıyla sakinlərlə daim ünsiyyətdə olmaqla, vergi ödənişiylə bağlı əhali narahat edən məsələlərə aydınlıq gətirməlidirlər.

E.Eyvazov çıxışında   yerli vergi və ödənişlərin onlayn rejimində daha geniş formatda  həyata keçirilməsi imkanlarının yaradılmasının Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında” həyata keçirilməsinin təmin edilməsi artıq nəzərdə tutulduğunuda qeyd edib.

Belediyye.info

ŞƏRHLƏR