"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Park ərazisindəki torpaqları satmaqda təqsirləndirilən şəxslərin şikayəti üzrə məhkəmə başlayıb

--2016-11-14 / 19:46

Bakı Apellyasiya Məhkəməsində Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən "Dostluq" parkının ərazisindəki torpaq sahələrinin alqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başlayıb.
 APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib. Prosesin məhkəmə baxışı noyabrın 25-nə təyin edilib.

 Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etibar Məmmədov 7 il 6 ay, Famil Quliyev 7 il, Tərlan Hüseynov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı prezident ilham əliyev ötən il keçirdiyi müşavirədə Bakı şəhər icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanıb. Bundan sonra cinayət işi açılıb və Bakı şəhər Baş Polis idarəsi (BşBPi) əməkdaşları Tərlan Hüseynovu istintaqa cəlb ediblər. T.Hüseynov barəsində BşBPi-nin istintaq idarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. Sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. 

Daha sonra 7 saylı Mənzil Kommunal istismar Sahəsinin (MKiS) rəisi Quliyev Famil əhməd oğlu və Səbail rayonu Bibiheybət Bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub.

 Bakı Ağır Cinayətlər Məhkəməsində sentyabrın 16-da keçirilən məhkəmə prosesində Tərlan Hüseynovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılıb. O, məhkəmə zalında həbs edilib.

http://apa.az/xeber-az/hadise/dostluq-parki-erazisindeki-torpaqlari-satmaqda-teqsirlendirilen-sexslerin-sikayeti-uzre-mehkeme-baslayib.html

ŞƏRHLƏR