"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Parklarda təmir bərpa işlərinə start verilib –GəNCəDə

--2017-04-08 / 19:40

Bu haqda Gəncə şəhər Nizami rayon icra Hakimiyyəti başçısının müavini Bəhruz Hümbətov mətbuata açıqlama verib.

B.Hümbətov bildirib ki, digər parklarda olduğu kimi təmir işlərinə Gəncənin "Xan Bağı"nda da start verilib. Icra başçısının müavini vurğulayıb ki, bağda təmir işləri qısa zamanda başa çatdırılacaq.

Qeyd edib ki, gecə işıqlandırmanı yüksək səviyyədə təşkil etmək üçün bağa 50-yə yaxın yeni işıq dirəkləri gətirilib. Bağda öncədən mövcud olan dirəklərə baxış keçirilib, hər biri işlək hala gətirilib. Bundan başqa bağın daxili yollarına yeni daş örtüyü düzülür və bardürlər yenisi ilə əvəz edilir.

Təmir bərpa işlərinə Gəncə şəhər Nizami Bələdiyyəsi də yaxından iştirak edir. Bələdiyyə  tərəfindən "Xan Bağı"na mövsümi təmir işləri ilə əlaqədar olaraq 30-a yaxın yeni oturacaqlar qoyulub, digərləri təmir bərpa olunaraq, rənglənib.

Yaz mövsümünün gəlişi ilə əlaqədar olaraq bağdakı ağaclara aqrotexniki qulluq da göstərilir. Ağacların qurumuş qol budaqları kəsilir.

Həmçinin "Xan Bağı"nda yeni ağaclar və gül-çiçək kolları əkilir.

Belediyye.info

ŞƏRHLƏR