"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Paytaxt küçələrinndə yeni texnika işləyəcəkdir

--2018-08-23 / 18:33

Xəbər verildiyi kimi paytaxt Bakı şəhərində yollarda təmizlik işləri aparan təsərrüfat işçilərinin əməyinin yüngülləşdirilməsi, iş prossesində onların təhlükəsizliyinin təmin olunması ilə bağlı ölkə başçısının tapşırıqlarına əsasən Bakı şəhər icra Hakimiyyəti tərəfindən kompleks tədbirlər hazirlanmışdır. Tədbirlərin həyata keçirilməsi ilə əsas magistral yolarda, prospektlərdə zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq. Bu proqramın hazırlanmasına avropalı aparıcı ekspertlər cəlb olunub və hazırda onların təklifləri müzakirə olunur. Bu barədə məluamt Bakı şiH-dən daxil olub.

Istənilən halda iş prossesində əl əməyinin qalacağı nəzərə alınaraq onun minimuma endirilməsi üçün tədbirlər həyata keçirilir və küçələrdə, xüsusilə də əsas magistral yol və prospektlərdə təsərrüfat xidmətləri işçilərinin təhlükəsizliyinin təminatı üçün xəbərdaredici nişanlar hazırlanmış və rayon Mənzil Kommunal Təsərrüfatı Birliklərinə paylanmışdır.

Eyni zamanda yeni texnikaların alınması ilə bağlı müxtəlif şirkətlərlə danışıqlar aparılır. Artıq şəhər təsərrüfatı texnikası istehsalında böyük təcrübəsi olan Almaniyanın MAN şırkətinin istehsalı olan 10-a yaxın belə texnika Bakıya gətirilərək təsərrüfatçılara verilmişdir.

Yeni, müxtəlif təyanatlı texnikaların alınması istiqamətində işlər davam edir.

Belediyye.info

ŞƏRHLƏR